BDU-nun rektoru Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru ilə görüşüb

01/11/2025

Astanada keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tüimebaev arasında görüş keçirilib.

Söhbət zamanı tərəflər Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələri arasında elmi-tədqiqat və innovasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı akademik mübadilənin genişləndirilməsi, birgə magistr və doktorantura proqramlarının inkişafı kimi prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin süni intellekt, yaşıl enerji, ekoloji texnologiyalar və rəqəmsal transformasiya sahələrində ortaq elmi layihələrin həyata keçirilməsi, habelə yeni nəsil tədqiqat laboratoriyalarının yaradılması təşəbbüsləri müzakirə olunub.

2020-ci ildə imzalanmış müqaviləyə əsasən, BDU və Əl-Fərabi adına Qazax Milli Universiteti “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə ingilis dilində birgə ikili diplom proqramı həyata keçirir. Görüşdə bu proqramın hazırkı nəticələri, tədris keyfiyyətinin artırılması, beynəlxalq akkreditasiyaya çıxış və gələcəkdə yeni ixtisas istiqamətlərinin əlavə olunması kimi məsələlər də müzakirə olunub.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026