BDU-nun rektoru növbəti dəfə Universitetin qocaman professorları ilə görüşüb

30/12/2019

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bir qrup ağsaqqal professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə Universitetdə həyata keçirilən islahatlar və yeniliklər, tədrisin və elmin keyfiyyətinin yüksəldilməsi, elmi jurnalların və kitabların, monoqrafiya və dərs vəsaitlərinin keyfiyyətinin artırılması, daxili attestasiyanın keçirilməsi, laboratoriya və kafedraların işinin yenidən təşkili, dövrün tələblərinə uyğun layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Rektor Elçin Babayev ağsaqqal professor-müəllim heyəti ilə əvvəlki görüşlərdə irəli sürülən bəzi təkliflərin reallaşdırılması istiqamətində müvafiq addımlar atıldığını və prosesin davam etdiyini bildirib.

100 illik münasibətilə 800-ə yaxın əməkdaşa “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı”, 113 nəfərə isə yüksək dövlət təltiflərinin təqdim edildiyini bildirən rektor E.Babayev Universitet kollektivinə yubileyə verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin təntənəli yubiley mərasimindəki əhatəli və təsirli nitqi, tövsiyələri haqqında danışan rektor həmin çıxışın öz həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən professor-müəllim heyətinə və tələbə-gənclərə ünvanlanmış aktual bir mühazirə olduğunu bildirib.

2019-cu ilin Azərbaycan təhsil tarixində BDU-nun yubileyi kimi qalacağını bildirən qocaman professorlar görülən işləri yüksək qiymətləndirib, öz fikir və təkliflərini səsləndiriblər. Alimlərə, müəllimlərə yaradılmış şəraitə görə minnətdarlıq ifadə edən professorlar Universitetin gələcəyi və inkişafına hesablanmış müsbət dəyişikliklərə daim dəstək verəcəklərini bildiriblər.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026