BDU-nun rektoru Olimpiya mükafatçısı Hacı Əliyevlə görüşüb

16/08/2021

Bu gün Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev BDU-nun Hüquq fakültəsinin 2021-ci il məzunu, Azərbaycanın sərbəst güləşçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran Hacı Əliyevlə görüşüb.

Rektor Elçin Babayev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdiyinə, olimpiadada əldə etdiyi yüksək nəticəyə görə Hacı Əliyevi təbrik edib. Görüşdə rektor ölkəmizdə idmanın inkişafına dövlət qayğısından söhbət açaraq Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını, ölkəmizdə olimpiya hərəkatının sürətlə inkişaf etdiyini bildirib. E.Babayev idmançı tələbənin nailiyyətlərini yüksək qiymətləndirərək, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdığına görə H.Əliyevə təşəkkürünü bildirib, gələcək fəaliyyətində və peşəkar idman həyatında yeni uğurlar arzulayıb.

Hacı Əliyev göstərilən diqqətə, həmçinin dəyərli tövsiyələrinə, o cümlədən BDU-da təhsil alan gənc idmançılara göstərilən qayğıya görə rekror Elçin Babyevə təşəkkürünü bildirib.

Sonra rektor üçqat dünya və üçqat Avropa çempionu, Tokio-2020 Olimpiya oyunlarının gümüş mükafatçısı Hacı Əliyevə BDU-nun Fəxri Fərmanını, həmçinin onun ali təhsil haqqında diplomunu və hədiyyə təqdim edib.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026