BDU-nun rektoru Qazaxıstan nümayəndə heyətini qəbul edib

01/07/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstanın Təhsil Naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib.
Rektor Qazaxıstanın ali təhsil ocaqları ilə əməkdaşlığa əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin mümkünlüyündən danışıb.
Öz növbəsində Bakıdjan Jumaqulov  Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyəti BDU-nun strukturu, laboratoriyaları və elmi-praktik tədqiqat mərkəzləri, nano araşdırmalar mərkəzi  ilə tanış olub. Qonaqlar BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzə də baş çəkərək, ölkəmizdə Qazax mədəniyyətinə verilən dəyərdən məmnun qaldıqlarını bildirdilər.

Mətbuat və İnformasiya şöbəsi, 01 iyul 2011-ci il.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026