BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib

18/06/2025

İyunun 18-də Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin İstanbul şəhərində nüfuzlu “Times Higher Education” (THE) reytinq təşkilatı və Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən təşkil olunmuş Qlobal Dayanıqlı İnkişaf Konqresi çərçivəsində keçirilən panel müzakirəsində iştirak edib.

“Azərbaycanın təcrübəsi: Universitetlər davamlı inkişaf irsini necə formalaşdırır?” (“Azerbaijan Showcase: How Universities are Shaping Their National Sustainability Legacy”) adlı panel müzakirəsində Azərbaycanın Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova moderator qismində çıxış edib. Paneldə BDU-nun rektoru ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Koç Universitetinin prezidenti Metin Sitti və John Von Neumann Universitetinin Himayəçilər Şurasının rəhbəri Norbert Csizmadia da iştirak ediblər.

Panel zamanı Elçin Babayev Bakı Dövlət Universitetində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində həyata keçirilən fəaliyyətlər, elmi tədqiqatların bu istiqamətə yönəldilməsi, maarifləndirmə təşəbbüsləri, Universitetin daxili siyasətində dayanıqlılıq prinsiplərinin tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bu panel müzakirəsi Azərbaycanın ali təhsil müəssisələrinin dayanıqlı inkişaf sahəsindəki rolu və töhfəsinin beynəlxalq səviyyədə nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026