BDU-nun rektoru Tələbə Nəzarət Qrupunun üzvləri ilə görüşüb

10/06/2020

Bu gün Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ilə BDU Tələbə Nəzarət Qrupunun üzvləri arasında onlayn görüş keçirilib. Rektor qrupun üzvlərinə böyük etimad göstərildiyini qeyd edərək onların Universitetdə imtahan sessiyasının gedişi, tələbələrin imtahanlara hazırlığı, qiymətləndirmə prosesi və s. haqqında öz münasibətlərini, fikir və mülahizələrini bildirmələrinin vacib olduğunu, mövcud problemlərin birlikdə aradan qaldırılması üçün təkliflərinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tələbə Nəzarət Qrupunun üzvləri iyunun 8-dən başlayaraq keçirilən imtahan sessiyasına tələbələrin aktiv qoşulduğunu, imtahan prosesində şəffaflığın təmin olunduğunu bildiriblər. Çıxışlarda BDU Elmi Şurasının imtahan sessiyasının təşkili haqqında qərarının tələbələr tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul olunduğu və yaradılmış şəraitin onlarda stimul yaratdığı qeyd olunmuşdur. Daha sonra qrupun üzvləri imtahan sessiyasının işinin yüksəldilməsi üçün öz təkliflərini irəli sürmüş, tələbələrin istək və arzularını rektora çatdırmış, təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, BDU Tələbə Nəzarət Qrupu tələbələri onlayn mühazirələrdə fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə yaradılıb.  BDU Tələbə Nəzarət Qrupuna Universitetin tələbə təşkilatlarının - Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir.

Xəbərlər

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi

BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılış mərasimi
03/06/2026

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
03/06/2026

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı

BDU-da “Azərbaycan Respublikasının müasir ekosistemi: elmi-nəzəri tədqiqatlar və problemlər” mövzusunda Respublika elmi konfransı
03/06/2026