BDU-nun rektoru Türkiyə səfiri ilə görüşüb

19/11/2020

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında onlayn görüş keçirilib. Səfiri salamlayan rektor, Ali Baş Komandanımızın rəhbərliyi altında yenilməz  ordumuzun torpaqlarımızı işğaldan azad etməsinin qürurunu yaşadığını qeyd edib.

Rektor səfirlə görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Türkiyə universitetləri ilə BDU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

E.Babayev Türkiyənin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər, əməkdaşlıq, mübadilə proqramları, ikili diplom layihələri haqqında səfirə məlumat verib.

Onlayn görüşə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Erkan Özoral təklifləri müsbət dəyərləndirib, münasibətlərin daha da yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb. "Bir millət, iki dövlət" şüarını rəhbər tutaraq qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Görüş BDU və Türkiyə ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkə arasında tələbə mübadiləsi, elmi və digər sahələr üzrə əməkdaşlıq ilə bağlı fikir mübadiləsi ilə davam edib.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026