BDU-nun riyaziyyatçı alimlərinin məqaləsi impakt faktorlu jurnalda çap olunub

20/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin Cəbr və həndəsə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimovun və həmin kafedranın dosenti Habil Fəttayevin “Sasaki metrikinin lay üsullu bircins deformasiyaları haqqında” (http://journal.pmf.ni.ac.rs/filomat/index.php/filomat/issue/view/135) adlı məqaləsi Serbiya Respublikasının Təhsil, Elm və Texnoloji İnkişaf Nazirliyi və Nis Universiteti tərəfindən  dəstəklənən “Filomat” (http://journal.pmf.ni.ac.rs/filomat/index.php/filomat) jurnalının 2021-ci il 11-ci nömrəsində çap olunub.

Məqalədə Riman çoxobrazlıları üzərində qurulan ko-reper laylanmalarının laylarında deformasiya aparmaqla total fəzada ilk dəfə daxil edilən bircins Sasaki metriklərinin diferensiyal-həndəsi xassələri öyrənilib.

Qeyd edək ki, bu jurnal “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının nüfuzlu SCI-Exp indeksinə daxildir (impakt faktoru: 0.844).

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026