BDU-nun Şərqşünalıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktoru ilə görüş

23/09/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktoru, Cunaqat əyalətinin hazırki baş naziri, Beynəlxalq Sülh və İnkişaf İnstitutu tərəfindən (INSPAD) 2020-ci ildə “İlin ən nüfuzlu müsəlmanları” onluğuna daxil edilən Sultan Əhməd Əli Sahib ilə görüş keçirilib.

Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, dekan müavinləri Nigar İsmayılzadə, Şahin Yusifli, fakültənin əməkdaşları və tələbələr iştirak ediblər.

Fakültənin dekanı Aydan Xəndan qonağa BDU-nun tarixi, burada həyata keçirilən tədris və elm prosesi, Şərqşünaslıq fakültəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov Sultan Əhməd Əli Sahibi Şərqşünaslıq fakültəsində urdu dilinin tədrisi və perspektivləri ilə tanış edib. Məruzəçi görüşdə Azərbaycan-Pakistan ədəbi əlaqələrini qarşılıqlı şəkildə müqayisə edib.

Sultan Əhməd Əli Sahib görüşün sonunda fakültə tələbələrinin urdu dilində çıxışlarını dinləyib.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026