BDU-nun Şərqşünaslıq fakültəsinə 14 ixtisas üzrə tələbə qəbulu aparılır

25/08/2022

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində – Ərəb filologiyası, İran filologiyası, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedraları olmaqla 4 kafedra fəaliyyət göstərir. Şərqşünaslıq fakültəsində müxtəlif Şərq ölkələri üzrə olan ixtisaslaşmalarda təhsil alan tələbələr müvafiq ölkələr üzrə kompleks sahələr ilə tanış olur və biri əsas, digəri əlavə olmaqla minimum 2 Şərq dilinə yiyələnirlər. Fakültənin müxtəlif ixtisaslarından məzun olan tələbələr hər il öz sahələri üzrə uyğun olaraq təhsillərini ərəb ölkələrində, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya universitetlərində davam etdirə bilirlər.

Fakültənin hər bir kafedrasında müvafiq elmlərin müasir və aktual problemlərini əhatə etməklə bir neçə istiqamət üzrə elmi tədqiqatlar aparılır. Şərqşünaslıq fakültəsində ixtisaslar 3 istiqaməti əhatə edir: Regionşünaslıq (Şərq ölkələri üzrə), Filologiya (Şərq dili və ədəbiyyatı) və Tərcümə (ərəb və fars dilləri üzrə)

“Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin, Koreya üzrə)” – ixtisasının məzunları müvafiq olaraq dövlət qurumlarında, səfirliklərdə, beynəlxalq təşkilatlarda işləyə bilərlər.

“Filologiya (ərəb, fars, türk dili və ədəbiyyatı üzrə)” –  ixtisasının məzunları həmin dillərin tədrisi ilə əlaqədar müəllim, tərcüməçi və müvafiq dövlət strukturlarında müvafiq vəzifələrdə çalışa bilərlər.

"Tərcümə (ərəb və fars dilləri üzrə)" ixtisasının məzunları əsasən təcümə və turizm sahələrində çalışa bilərlər. Bununla yanaşı ixtisaslaşdığı Şərq dili üzrə müvafiq dövlət strukturlarının xarici əlaqələr şöbəsində işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026