BDU-nun Şərqşünaslıq fakültəsinə 14 ixtisas üzrə tələbə qəbulu aparılır

18/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 4 kafedra və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Fakültədə Ərəb filologiyası, Orta Şərq dilləri və ədəbiyyatı, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedraları fəaliyyət göstərir.

Fakültədə müxtəlif Şərq ölkələri üzrə olan ixtisaslaşmalarda təhsil alan tələbələr müvafiq ölkələr üzrə kompleks sahələr ilə tanış olur və biri əsas, digəri əlavə olmaqla minimum 2 Şərq dilinə yiyələnirlər. Fakültənin müxtəlif ixtisaslarından məzun olan tələbələr hər il öz sahələri üzrə uyğun olaraq təhsillərini ərəb ölkələrində, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya universitetlərində davam etdirə bilirlər.

Şərqşünaslıq fakültəsində ixtisaslar 3 istiqaməti əhatə edir: Regionşünaslıq (Şərq ölkələri üzrə), Filologiya (Şərq dili və ədəbiyyatı) və Tərcümə (ərəb və fars dilləri üzrə).

Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin, Koreya üzrə) ixtisası üzrə Universiteti bitirən məzunlar müvafiq olaraq dövlət qurumları, səfirliklər və  beynəlxalq təşkilatlarda işləyə bilərlər.

Filologiya (ərəb, fars, türk dili və ədəbiyyatı üzrə) ixtisasını bitirən məzunlar həmin dillərin tədrisi ilə bağlı müəllim, tərcüməçi və müvafiq dövlət strukturlarında müvafiq vəzifələrdə çalışa bilərlər.

Tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasını bitirən məzunlar əsasən təcüməçi və ixtisaslaşdığı Şərq dili üzrə müvafiq dövlət strukturlarının xarici əlaqələr şöbəsində işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025