BDU-nun Şərqşünaslıq fakültəsində İbri dili gününə həsr olunmuş elmi seminar keçirilib

24/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn şəkildə İbri dili gününə həsr olunmuş elmi seminar keçirilib.
Fakültə TEC sədri və fakültənin Regionşünaslıq (İsrail üzrə) ixtisasının IV kurs tələbəsi Elnarə Həsənova ibri dilinin BDU-da tədris tarixindən, universitetin yetişdirdiyi ibrişünasların fəaliyyəti haqqında məlumat verib. Fakültədə dekan vəzifəsini icra edən Tərlan Məlikov çıxışında İbri şöbəsinin müəllim və tələbə heyətinin fəaliyyəti, tədris prosesi haqqında çıxış edib. Elmi məsələlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə Azərbaycan Respublikası və İsrail arasında olan münasibətlərdən, fakültə və ölkədə ibri dili üzrə aparılan tədqiqatlardan, Şərqşünaslıq fakültəsində elmi kadrların hazırlanmasından danışıb. Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən, dosent Vüqar Qaradağlı Sami-Hami dil qrupuna daxil olan ərəb və ibri dillərinin oxşar və fərqli xüsusiyyətləri barədə çıxış edib.  
İbri şöbəsinin müəllimi Təranə Hüseynbalayeva İbri dili Akademiyasının fəaliyyəti, qrammatika, orfoqrafiya, terminologiya institutlarının müasir ədəbi ibri dili normalarının daha da təkmilləşdirilməsi sahəsində gördüyü işlərdən bəhs edib. Hazırda İbri dili günü çərçivəsində Yerusəlim şəhəri İbri dili Akademiyasında distant şəkildə davam edən bir həftəlik elmi seminar və konfranslara, yeniliklərə diqqət çəkib.
Fakültədə yəhudi ədəbiyyatı fənnini tədris edən dosent Gülnarə Abdullayeva liturgik ədəbiyyatının bir qolu olan “Piyut ədəbiyyatı və ilkin paytanlar” mövzusunda çıxış edib. Seminarın davamında İbri şöbəsinin IV kurs tələbələri Könül Talıbova, Nərmin Əliyeva və II kurs tələbəsi Orxan Rəhimov piyutlardan nümunələr səsləndiriblər.
Fakültənin ibri dili müəllimi Gülər Qasımova orta əsrlərdə ibri dilçiliyinin inkişaf istiqamətləri, bu dövrdə fəaliyyət göstərən filoloqların yaradıcılığı haqqında danışıb. İbri dili ixtisası üzrə III kurs tələbəsi Aydan Məmmədova və IV kurs tələbəsi Vəli Əlizadə orta əsr dövrünün müəlliflərinin yazdığı şeirləri səsləndiriblər.
Fakültənin ibri dili müəllimi Ayxan Qarayev “İbri dilində atalar sözləri və onların dünya ədəbiyyatında yeri” mövzusunda məruzə ilə çıxış edib, fakültənin III kurs tələbəsi Nərgiz Məmmədova, II kurs tələbəsi Kamalov Mustafa və I kurs tələbəsi Firuzə Həşimova ibri dilində atalar sözləri və məsəllər səsləndiriblər.
Seminarın davamında İbri şöbəsinin magistrı Jalə Səmədova İbri-Azərbaycan lüğətçilik sahəsində yeniliklərdən və ibri dilində tibbi terminologiya haqqında çıxış edib, hazırladığı İbri-Azərbaycan Tibbi terminlər lüğətindən fraqmentləri təqdim edib.
Seminarda iştirakçıları arasında fikir mübadiləsi aparıldıqdan sonra elmi seminar işini yekunlaşdırıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024