BDU-nun Şərqşünaslıq fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

17/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunan Azərbaycan Respublikasının ilk Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsini, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığını təmin etmək kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadığını deyib.

Sonra Milli Məclisin üzvü, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Rizvan Nəbiyev “Beynəlxlaq münasibətlər müstəvisində parlament diplomatiyasının rolu” mövzusunda məruzə edib. Klassik diplomatiya və parlament diplomatiyası haqqında məlumat verən millət vəkili parlamentlərin xarici siyasət kursunda yeri, beynəlxalq siyasi hədəflərin təbliği istiqamətində vəzifələrindən söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan diplomatiyası qüdrətli və qalib ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir, dünyanın və regionun lider dövlətinə çevrilməsi istiqamətində uğurla fəaliyyət göstərir: “Artıq Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi formalaşıb. Eyni zamanda dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edir. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir. Azərbaycanın qanunverici orqanı olan Milli Məclis beynəlxalq platformalarda aktiv iş aparır və ölkəmizin haqlı mövqeyinin dünyada tanıdılmasında xüsusi rol oynayır”.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan məruzədə diplomatiya sahəsində maraqlı məqamlara toxunulduğunu, görüşün tələbələr üçün faydalı olacağını bildirib.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Turon Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/04/2025

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinə tələbə töhfəsi” mövzusunda təlim təşkil olunub
18/04/2025

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”

BDU-da ustad dərsi: “Filologiya və süni zəka: sözün yeni erası”
18/04/2025