BDU-nun Şərqşünaslıq fakültəsində İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri ilə görüş

30/09/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin direktoru, Bağdad Universitetinin təhlükəsizlik və informasiya elmləri üzrə doktoru Mutəzz Muhy Əbdülhəmid ilə görüş keçirilib. Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, dekan müavini Tərlan Məlikov, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı və kafedranın əməkdaşları iştirak edib.

Dekan Aydan Xəndan qonağa Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti ilə bağlı məlumat verib, Azərbaycan-İraq əlaqələrinin inkişafında göstərdiyi fəaliyyətə görə Mutazz Muhy Əbdülhəmidə öz təşəkkürünü bildirib.

Mutazz Muhy Əbdülhəmid İraq-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən, baş redaktoru olduğu “Sadaka” qəzetinin Azərbaycana həsr olunmuş məqalələrindən bəhs edib. Azərbaycanla bağlı yazdığı “Qarabağ münaqişəsinin tarixi” kitabını fakültəyə təqdim edən qonaq “Azərbaycan Vətən müharibəsində” və “Şuşa Azərbaycanın mirvarisidir” adlı kitablarının da nəşr ərəfəsində olduğunu bildirib.

Daha sonra Mutazz Muhy Əbdülhəmid fakültə əməkdaşlarının suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026