BDU-nun Şərqşünaslıq fakültəsində səfirlə görüş

19/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “30 gün Şərq” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev ilə onlayn görüş keçirilib. Fakültənin dekanı Elxan Əzizov görüşü giriş sözü ilə açaraq layihə çərçivəsində ikinci fəxri qonağı - Azərbaycan Respublikasının BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyevi salamlayıb, Şərqşünaslıq fakültəsinin məzunu olan qonağın tələbəlik illəri və fakültədə müəllim kimi işlədiyi dövrlərdən danışıb, xatirələrini bölüşüb.
Dəvətə görə məmnunluğunu ifadə edən səfir Mahir Əliyev, tələbə və müəllim heyətinə özünün fakültədə müəllimlik fəaliyyəti, dərs aldığı müəllimlər, Şərqşünaslıq fakültəsinin digər məzunları, tələbəlik illəri, habelə müxtəlif ərəb ölkələrində olan diplomatik fəaliyyəti barədə məlumat verib. Ərəb ölkələrinin vəziyyəti, Azərbaycan və BƏƏ əlaqələrindən bəhs edib, ərəb dilinin istifadəsi ilə bağlı təcrübəsindən danışıb. Səfir tələbələrə dünyagörüşünün artırılması, ərəbdilli mətbuat və informasiya agentliklərinin mütəmadi olaraq izlənilməsi və öz üzərlərində daim işləmələrinin vacibliyini qeyd edib. O, diplomatik xidmətə qəbul olmaq üçün şərqşünasların hansı xüsusiyyətlərə malik olması və ərəb dünyasında danışılan müxtəlif ərəb ləhcələrinin anlaşılmasının yolları barədə də məlumat verib.
Ərəb filologiyası kafedrasının müdiri vəzifəsini icra edən Vüqar Qaradağlı səfir Mahir Əliyevin kafedrada elmi fəaliyyəti, tərcüməçilik bacarığı barədə məlumat verib.
Fakültənin dekan müavini Şahin Yusifli səfirə tələbələrin dəvətini qəbul edib iştirak etdiyinə görə təşəkkür edib, fakültənin məzunları ilə görüşlərin davamlı olacağını vurğulayıb.

 

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026