BDU-nun SABAH qrup tələbələri İslam Gənclər Forumu konfransında

03/11/2016

BDU-nun Hüquqşünaslıq fakültəsinin IV kurs tələbələri Bəhlul Yusifli və Faiq İsazadə İslam Əməkdaşlıq Təşkilatı (Beynəlxalq Model OİC) və Məşhəd şəhər bələdiyyəsi tərəfindən təşkil olunmuş İslam Gənclər Forumu konfransında (dialoq və əməkdaşlıq) (İslamic Conference Youth Forum for diologue and cooperation) iştirak ediblər. Konfransda 57 ölkədən 132 iştirakçı iştirak edib. Konfransın əsas işi İslam Əməkdaşlıq Təşkilatının gördüyü işi simulyasiya şəklində gənc diplomatlarla oyun halında əks etdirməkdir. Konfransda İslamafobiya, ümumi bazar, ekstremizm, Suriya qaçqınları məsələləri müzakirə edilib. Sonda bu məsələlər üzrə yekun qətnamə qəbul edilib. Qətnamədə həmçinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən təcavüzə məruz qalması haqqında müddəa da əlavə olunub. Bəhlul Yusifli və Faiq İsazadə adıçəkilən konfransda Azərbaycan nümayəndə heyətində yer alıb və ölkəmizi layiqincə təmsil ediblər. Göstərdikləri aktiv və uğurlu iştiraka görə “Ən yaxşı komanda" və "Komitənin lideri" sertifikatlarıyla (certificate of honor) təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2016-cı il.

Xəbərlər

Milli kimliyimizin simvolu - ana dilimiz

Milli kimliyimizin simvolu - ana dilimiz
01/08/2026

Xalq şairi, ictimai xadim Nəriman Həsənzadə vəfat edib

Xalq şairi, ictimai xadim Nəriman Həsənzadə vəfat edib
01/08/2026

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş
31/07/2026