BDU-nun SABAH qrup tələbələri VIII Beynəlxalq Gənclik və Multikulturalizm festivalında

05/05/2016

Bakı Dövlət Universitetinin SABAH qrup tələbələri Qafqaz Universitetində keçirilən VIII Beynəlxalq Gənclik və Multikulturalizm festivalında iştirak ediblər. Qafqaz Universitetinin tələbələri tərəfindən hazırlanmış və ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirdə universitetdə təhsil alan 24 ölkənin tələbələri milli mətbəxini, geyimini, adət-ənənələrini, musiqi və rəqslərini nümayiş etdiriblər.

Bakı Dövlət Universitetinin  Cografiya ixtisasının III kurs SABAH qrup tələbəsi  Yeganə İbadlı festivalda xüsusi aktivlik göstərərək Özbəkistan Respublikasının mətbəxini, geyimini, musiqi və rəqslərini nümayiş etdirib.  Y.İbadlının çıxışı maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 05 may 2016-ci il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026