BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib

25/11/2026

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisası üzrə 2021-ci il məzunu Ruslan Əsədov Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib. Hazırda həmin universitetdə Dövlət Proqramı çərçivəsində doktorantura təhsilini davam etdirən Ruslan Əsədov akademik fəaliyyətini də beynəlxalq universitet mühitində inkişaf etdirir.

Ruslan Əsədov ADA Universitetində “Diplomatiya və beynəlxalq münasibətlər” ixtisası üzrə magistratura təhsili alaraq 2023-cü ildə məzun olub, 2024-cü ildə isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Suonsi Universitetində doktorantura təhsilinə başlayıb. Onun elmi tədqiqatı rəqəmsal nəzarət, dövlət təhlükəsizliyi və insan hüquqları məsələlərini əhatə edir.

Məzunumuzu təbrik edir, akademik fəaliyyətində uğurlar arzulayırıq!

Xəbərlər

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib

Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
25/11/2026

BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub