BDU-nun SABAH qruplarının tələbələri Beşbarmaq boğazında quşların payız monitorinqində iştirak ediblər

14/11/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin dəstəyi və “Birding Azerbaijan” İctimai Birliyinin təşkilatçılığı ilə SABAH qruplarının Biologiya müəllimliyi ixtisasında təhsil alan III kurs tələbələri üçün Beşbarmaq dağı ətrafındakı əraziyə infosessiya təşkil olunub.

İnfosessiya zamanı “Birding Azerbaijan və Birdwatching Azerbaijan”ın tərəfdaşlığı, “Ornithological Society of the Middle East”in maliyyə dəstəyi, yerli və xarici mütəxəssislərin, quş müşahidəçilərinin və tələbələrin iştirakı ilə Beşbarmaq dar boğazında köç edən quşların payız monitorinqi aparılıb.

Tələbələr infosessiyada teleskop və binokllarla müşahidələr aparıb, ərazidən köç edən yüzlərlə iri qarabatdaq dəstəsində fərdlərin sayını müəyyən ediblər. Həmçinin boz vağ, Xəzər qağayısı, durna, bataqlıq belibağlısı, ağquyruq dəniz qartalı, imperator qartalı, qara çalağan, çöl sarı, kəkilli torağay, zağca, sığırçını, “Qırmızı kitab”a daxil olan Aralıq dənizi tısbağası, cəld kərtənkələ, biçimli ilanbaş  və əsl su ilanını təbii şəraitdə müşahidə etmək şansı qazanıblar.

Sonda “Birding Azerbaijan” İctimai Birliyinin təsisçisi Elvin Məmmədsoy tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026