BDU-nun SABAH qruplarının tələbələri Genetik Ehtiyatlar İnstitutunda

29/11/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının tələbələri üçün Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutuna infosessiya təşkil olunub.

İnfosessiya zamanı tələbələr İnstitutun Ekobotanika və sistematika şöbəsində Herbari fondu ilə tanış olublar. Şöbənin elmi işçisi Kəmalə Əsədova elmi ekspedisiyaların təşkili və müasir tədqiqat metodlarının tətbiqi nəticəsində Azərbaycan florasının mədəni bitkilərinin yabanı əcdadlarının təsnifatının hazırlanması, mühüm ərzaq növlərinin bioekoloji xüsusiyyətlərinin tədqiqi, beynəlxalq standartlara uyğun herbari fondunun yaradılması, nadir və nəsli kəsilməkdə olan növlərin ekoloji qiymətləndirilməsi, toplanılmış germplazm materiallarının Azərbaycanın Mərkəzi Genbankına təhvil verilməsi barədə məlumat verib.

Sonra tələbələr Molekulyar genetika və genomika şöbəsinin tərkibində fəaliyyət göstərən Genomika, İnsan genetikası və Kompüter genomikası üzrə beynəlxalq laboratoriyalarla tanış olublar.

İnstitutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Mehrac Abbasov şöbədə aparılan bitki genetik ehtiyatlarının molekulyar markerlər əsasında pasportlaşdırılması, genetik müxtəlifliyin analizi, genlərin skrininqi və ekspresiyasının tədqiqi, genetik xəritələnməsi və molekulyar seleksiyanın nailiyyətlərindən istifadə etməklə sortlama prosesinin sürətləndirilməsi barədə danışıb. Həmçinin qeyd edib ki, Azərbaycanda yalnız bu şöbədə müqayisəli sekvens analizinin nəticəsində dünyada ilk dəfə nar bitkisinin tam genomunun oxunmasına nail olunub. İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov isə dünyada son zamanlar tez-tez rast gəlinən SMA-1 və SMA-2 xəstəliklərinin genetik tədqiqi, Azərbaycan populyasiyasında onkoloji xəstəliklər üzrə spesifik genetik mutasiya spektrinin identifikasiyası sahəsində aparılan işlər haqqında məlumat verib.

İnfosessiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
04/12/2024

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
04/12/2024

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş
04/12/2024