BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir

24/02/2026

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Biotexnologiya” ixtisasının IV kurs bakalavr tələbələri Süsən Həsənova, Cəmilə Zairova və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbəsi Mehri Quluzadə “Holberton School”un “Generativ Süni İntellekt” (Generative Artificial Intelligence – GenAI) yüz faizlik təqaüd proqramının qalibi olublar.

Qeyd edək ki, “Holberton School” Silikon Vadisi modelinə əsaslanan, innovativ və praktiki metodologiya ilə İKT və proqramlaşdırma sahəsində tədris həyata keçirən beynəlxalq məktəblər şəbəkəsidir. Tədris prosesi qarşılıqlı öyrənmə üsulu ilə təşkil olunur ki, bu da tələbələrin komanda şəraitində çalışaraq real layihələr üzərində praktiki bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.

Tələbələrimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!


Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026