BDU-nun SABAH qruplarının tələbələri MDB-nin ən yaxşı tələbələri sırasında

12/04/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Tarix müəllimliyi ixtisasının IV kurs tələbələri Fatimə Şirinova və Azər Həndəmov  “MDB-nin ən yaxşı tələbəsi” adına layiq görülüblər. Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilən  "Ən yaxşı tələbə - 2023" beynəlxalq layihəsində tələbələr öz elmi məqalələrini və sosial fəaliyyətlərini əhatə edən avtobioqrafiyaları ilə iştirak ediblər.

Qeyd edək ki, "Ən yaxşı tələbə - 2023"  beynəlxalq layihəsinə MDB məkanında elmin inkişafına töhfə vermiş ən yaxşı tələbələr qatılıblar. Bu layihənin əsas məqsədi gənc alimlərin ideyalarını, əhəmiyyətli və innovativ layihələrini, elmə maraqlarını müəyyən etmək, həmçinin elmin inkişafı üçün ümumi birləşdirici platforma yaratmaqdır.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026