BDU-nun SABAH qruplarının tələbələri Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının qalibi olublar

20/06/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasının III kurs tələbələri Şahin Bayramlı və Elmar Bəyərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) tərəfindən keçirilən Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının qalibi olublar.

Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən müsabiqə türk dünyasının ilk qadın hüquqşünası və vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunub.

3 mərhələdən ibarət müsabiqənin final mərhələsi Azərbaycan Respublikasının Ali Məhkəməsində baş tutub. Final mərhələsində prosesə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Aqil Abbasovun sədrliyi, Vidadi Məmmədov, Zaur Əliyevdən ibarət tərkibdə baxılıb. Qiymətləndirilmə nəticəsində “The Court Jesters” komandasının üzvləri Şahin Bayramlı və Elmar Bəyərov qalib elan olunub.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026