BDU-nun SABAH qruplarının tələbələri üçün “Uşaq ədəbiyyatında zəfər” adlı tədbir keçirilib

07/11/2025

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV kurs tələbələri üçün “Libraff” kitab evində “Uşaq ədəbiyyatında zəfər” mövzusunda tədbir keçirilib.

Tədbir SABAH qruplarının müəllimi Aygün Bağırlının rəhbərliyi ilə “Dərsliklər və uşaq ədəbiyyatı” fənninin tədrisi çərçivəsində təşkil olunub.

Tədbirdə uşaq ədəbiyyatı yazarları – filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Mina Rəşid, Nərminə Məmmədzadə, Ayna Asim, eləcə də “Üç alma” nəşrlər evinin nümayəndəsi Arzu Cəfərova iştirak ediblər.

Professor Rafiq Yusifoğlu çıxışında Zəfər tariximizdə gənclərin rolundan söz açıb. O, xalqımızın qələbəsindən sonra cəmiyyətdə formalaşan inam və ruh yüksəkliyindən danışaraq, şanlı Zəfərimizə həsr etdiyi əsərləri barədə məlumat verib.

Yazar Mina Rəşid Qarabağda keçən uşaqlıq illərindən, doğma yurdunun işğalı zamanı yaşadığı xatirələrdən danışıb, Qarabağ həsrəti və zəfər sevinci mövzusunda yazdığı şeirlərini səsləndirib. Nərminə Məmmədzadə müharibənin ən məsum zərərçəkmişləri olan uşaqların dilindən yazılmış məktublardan ibarət “Vida” əsəri haqqında məlumat verib. Gənc yazar Ayna Asim isə özünün “Zəfər günü” əsərini ifa edib.

SABAH qruplarının tələbələri də tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda “Üç alma” nəşrlər evinin nümayəndəsi Arzu Cəfərova “TEAS Press” nəşriyyatında zəfər mövzusunda nəşr edilmiş uşaq ədəbiyyatı nümunələri haqqında iştirakçılara məlumat verib.

Xəbərlər

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçirilib
15/01/2026

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş 51 gənc hüquqşünasın 38-i BDU məzunudur
15/01/2026

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026