BDU-nun SABAH qruplarının tələbələri “PAŞA Holding”in “Əlaçı” proqramının qalibi olublar
26/09/2022
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələri Sadıq Hacılı, Rəhim Abasov, Nicat İsmayılzadə və Sultanə Sultan “PAŞA Holding”in “Əlaçı” proqramının qalibi olublar.
“PAŞA Holding”in “Əlaçı” proqramı bakalavriatura pilləsinin III və IV kurs tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Proqram 2022/2023-cü tədris ilini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur.
Proqram ərzində tələbələr həmçinin şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.
Xəbərlər
BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
