BDU-nun SABAH qruplarının tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışın finalına vəsiqə qazanıblar

13/05/2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İnnovativ və Yaradıcı Həllərin Tapılması” adlı beynəlxalq müsabiqənin birinci mərhələsində BDU-nun SABAH qruplarının tələbələri Cahan İsmayılova, Leyla Əliyeva, Fəridə Rzayeva, İsgəndər Məmmədovdan ibarət komanda ikinci yerə layiq görülüb.

Azərbaycan Texniki Universiteti və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın ümumilikdə 10 ali təhsil müəssisəsindən 22 komanda iştirak edib. Məqsəd universitetlərin müəllim və tələbələrinin innovativ ideyalarla qlobal problemlərin həllinə töhfə verilməsinə cəlb olunmasıdır.

Müsabiqənin ilkin mərhələsinin qalibləri Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xəbərlər

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar

I kurs tələbələri BDU-nun tarixi muzeyi ilə tanış olublar
29/09/2026