BDU-nun SABAH qruplarının tələbəsi BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv seçilib

21/12/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Azər Seyidli 2024-2025-ci illər üçün BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına (UNYAC) üzv seçilib.

BMT Azərbaycanda gənclər yönümlü proqramların təşkilini təkmilləşdirmək, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təbliğini asanlaşdırmaq üçün öz strategiya və proqramlarına gənclərin səsini daxil etməkdə maraqlıdır. Məşvərət Şurasına üzvlüyü çərçivəsində Azər Seyidli BMT tərəfindən gənclərlə bağlı regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edəcək. BMT və Azərbaycan Höküməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin planlaşdırılması və təhlili ilə bağlı diskussiyaların bir parçası olacaq.

BDU tələbəsi BMT-nin Azərbaycan nümayəndəliyi ilə razılaşdırılmış konkret məsələlər və mövzular üzrə müxtəlif gənclər qrupları ilə məsləhətləşmələr aparacaq, ölkədə gənclərin DİM-lərə töhfələrini nümayiş etdirmək üçün təşəbbüs və innovasiyaları müəyyən edəcək.

Qeyd edək ki, Azər Seyidli bundan əvvəl – dekabrın 8-də Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva tərəfindən il boyu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin təşviqi yolunda göstərdiyi xidmətlərə görə sertifikatla təltif edilmişdi.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026