BDU-nun SABAH qruplarının tələbəsi "BrainGame" intellektual oyun hakatonunun qalibi olub

14/12/2023

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Kompüter elmləri və texnologiyaları ixtisası üzrə I kurs magistrantı Sərxan Abbaszadənin layihə rəhbəri olduğu “85 Games Studio” komandası “Brain Game” intellektual oyun hakatonunda I yerə layiq görülüb, 5000 AZN mükafat qazanıb. SABAH qruplarının bakalavriat səviyyəsinin tələbəsi Sevil Rəsulova və SABAH məzunları - Əli Məmmədli, Cənnət Səmədovun “Kript10” komandası isə həvəsləndirici mükafata (1000 azn) layiq görülüblər.

“Brain Game” intellektual oyun hakatonu "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçirilib. Hakaton Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin və "Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə reallaşdırılıb. Məqsəd ölkəmizdə intellektual oyunların yaradılması sahəsində proseslərin təşviqi, yeni oyun əsaslı həllərin yaradılması və cəmiyyətin intellektual potensialının artırılmasıdır.

Tədbir çərçivəsində hər biri 3-5 nəfərdən ibarət 20 komanda yaradıcı və innovativ oyun layihələri hazırlayıb. Mentorlar göstərilən müddət ərzində prototiplərin hazırlanıb sonlandırılması üçün komandalara dəstək göstəriblər.

Bağlanış tədbirində komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti qismində Dövlət Agentliyinin sədrinin müşaviri Mehdi Cavadov, “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş, “Code Academy”nin rəhbəri Ülvi Aslanov və “DynamicBox Studio” şirkətinin oyun prodüseri Şahin Əliyev iştirak ediblər. Nəticələrə əsasən, “85 Games Studio” komandası I, “EcoDev” komandası II, “Bomba!” komandası isə III yerə layiq görülüb. Sonda qaliblərə müvafiq olaraq 5000, 2000 və 1000 manat məbləğində pul mükafatı və diplomlar təqdim olunub. Növbəti yaxşı nəticə göstərən “Kript 10” və ”AKA” komandaları isə həvəsləndirici mükafat alıb.

Xəbərlər

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib

Tanınmış bəstəkar, BDU-nun kafedra müdiri İqbal Ağayevin “Ömrün səhifələri” adlı ədəbi-bədii gecəsi keçirilib
29/04/2026

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb

BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı başlayıb
29/04/2026

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək

BDU-da “Rəqəmdal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçiriləcək
29/04/2026