BDU-nun SABAH qruplarının tələbəsi “Qlobal Tələbə Mübadiləsi Proqramı”nın qalibi olub

29/04/2024

Bakı Dövlət Universitetinin SABAH qruplarının Hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Məsmə Əliyeva ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu tərəfindən maliyyələşdirilən “Qlobal Tələbə Mübadiləsi Proqramı” (UGRAD) üzrə müsabiqənin qalibi olub.

Qeyd edək ki, UGRAD proqramı Beynəlxalq Tədqiqat və Mübadilə Şurası (IREX) tərəfindən həyata keçirilən mədəniyyət və təhsil proqramıdır.

Bu proqram I, II və III kurs tələbələrinə müəyyən imtahanları uğurla verdikdən sonra Amerika univeristet və kolleclərində bir il ödənişsiz təhsil almaq imkanı verən ən uğurlu proqramlardan biridir. Proqram ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaiyyət göstərir.

Proqramın iştirakçıları icmalarını inkişaf etdirmək istəyən gənc liderlərdir. Proqram zamanı UGRAD üzvləri Amerika cəmiyyətini, mədəniyyətini və akademik təhsilini öyrənirlər. Onlar həm də ictimai işlərdə iştirak edir, peşə bacarıqlarına yiyələnirlər.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026