BDU-nun SABAH qruplarının təqdimatında məhkəmə simulyasiyası

12/12/2018

Bakı Dövlət Universitetinin  hüquqşünaslıq ixtisası üzrə III  kurs SABAH qruplarının tələbələri tərəfindən 900 saylı auditoriyada səhnələşdirilmiş Konstitusiya Məkhəməsi icraatı  üzrə məhkəmə prosesi təşkil edilib. Həmin kursda Əmək hüququ fənnini tədris edən professor Mayis Əliyev tərəfindən təşkil olunmuş məhkəmə prosesi rol oyunları metodundan istifadə etməklə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.4-cü maddəsinin müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 12-ci (Dövlətin əsas məqsədi), 16-cı (Sosial inkişaf və dövlət), 35-ci ( Əmək hüququ), 38-ci (Sosial təminat hüququ), 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı), 147-ci (Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi) və 149-cu ( Normativ hüquqi aktlar) maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması ilə bağlı olub. Məhkəmə prosesində rolları tələbələrdən - hakimlər  Jalə Kərimli (sədr), Kamran Xəlilov ( məruzəçi-hakim), Elgün Cəfərov,  Günel Calalova, Həcər Qurbanlı, İlkin Bayramlı, Mirzağa Yaqubzadə, Töhfə Abdullayeva, Ayla Vəliyeva,  məhkəmə katibi Arzu Məmmədova, ekspert Jalə Bayramova, mütəxəssislər Lalə Şadlinskaya və Müjgan Mansurova məharətlə səhnələşdiriblər. Sonda məhkəmə prosesi geniş müzakirəsi keçirilib və tədris prosesində simulyasiya metodunun tətbiqinin əhəmiyyəti vurğulanıb.

Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2018-ci il.

Xəbərlər

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib
06/12/2025

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025