BDU-nun SABAH qruplarının tələbələri Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində olublar

15/11/2018

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin SABAH qruplarının 4-cü kurs tələbələriƏlət qəsəbəsində yerləşən Yeni Bakı Dəniz Ticarət Limanı Kompleksindəekskursiyada olublar.İqtisadi və sosial coğrafiya kafedrasının müəllimləri - S.Allahverdiyeva, M.Musayeva, N.Cəfərova vəP.Orucovun rəhbərliyi altında baş tutanekskursiya müddətindəBərə terminalının müdiri Elimdar Kərimov yeni limanın əməliyyat imkanlarıbarədəətraflıməlumat verib. Bildirib ki, hazırda limanın inşasının birinci fazasıüzrə işlər yekunlaşdırılıb,terminalda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Bərə Terminalına məxsus 13 bərə, 4 açıq anbar sahəsi, 12 yanalma körpüsü var, ümumi anbar tutumu  isə800 min konteynerdir. Liman kompleksindəişlərin böyük əksəriyyəti avtomatlaşdırılıb, yeni kranlar, yedək gəmiləri, yükqaldırıcı və yüknəqledici avadanlıqlar alınıb. E.Kərimov deyib ki, Ələtdə tikilən Yeni Liman karbon tullantılarının həcmini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə Yaşıl Liman statusunu əldə etməyəçalışır və bu məqsədləəməliyyatlar zamanı yaranmış bütün tullantıların idarə edilməsi, emalı və kənarlaşdırılmasına imkan yaradacaq tərzdəlayihələndirilib. Almaniyadan gətirilmiş qurğularvə avadanlıqlarla təmin olunacaq yeni Bakı Limanını regionun ən müasir və texnoloji cəhətdən qabaqcıl limanıadlandırmaq olar.

Daha sonra tələbələr liman kompleksi ərazisində yerləşən bərə terminalı, ümumi yük körpüsü, Ro-Ro körpüsü, dəmiryolu xətləri, müxtəlif inzibati binalar, gömrük məntəqəsi, açıqsaxlama sahəsi, anbarlar, konteyner meydançası və  digər infrastruktur tikililər ilətanış olublar. Ekskursiya zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 15 noyabr 2018-ci il.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026