BDU-nun SABAH tələbələrinə “İngilis dilini öyrən – sıfırdan sonsuzadək” mövzusunda təlim keçirilib
24/11/2022
Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə “İngilis dilini öyrən – sıfırdan sonsuzadək” mövzunda təlim keçirilib.
ABŞ-ın Corc Vaşinqton Universitetinin magistrantı, ingilis dili mütəxəssisi Abdulxaliq Məmmədli tərəfindən keçirilən təlimdə SABAH qruplarının müxtəlif ixtisaslarında təhsil alan tələbələrə ingilis dilinin öyrənilməsi üçün ən effektiv metodlar, düzgün yanaşma, öyrənmə strategiyası və müxtəlif faydalı məlumat bazaları haqqında ətraflı məlumat verilib.
Məruzəçi xarici dil öyrənməklə bağlı öz şəxsi təcrübələrini və nəzəri məlumatları bölüşüb.
İnteraktiv şəraitdə keçən təlimin sonunda tələbələrin sualları cavablandırılıb.
![]() |
![]() |
![]() |
Xəbərlər
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda təlim keçirib
BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
BDU ilə Litvanın Vilnüs Gediminas Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib
BDU-nun SABAH qruplarının məzunu Böyük Britaniyanın Suonsi Universitetinin müəllim heyətinə seçilib



