BDU-nun SABAH qrup tələbələri "Gənc Ekoloqlar" layihəsində qalib olublar

06/12/2016
BDU-nun Cografiya, Coğrafiya müəllimliyi və Geologiya ixtisaslarında təhsil alan SABAH qrup tələbələri - Nigar Hüseynova Yeganə İbadlı, Cəmilə Abdullayeva, Aygün Əbdürrəhimli Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilmiş "Gənc Ekoloqlar" layihəsində iştirak ediblər.
Layihə çərçivəsində iştirakçılar dünyanın aparıcı universitetlərində təhsil almış peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlarla tanış olaraq, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparıblar.
Təlimin son günündə təqdimatların keçirilməsi üçün təlimçi tərəfindən hər bir qrupa mövcud ekoloji problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, poster yarışması keçirilib. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdiriblər. Hazırlanmış posterlər qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və müxtəlif hədiyyələrlə təltif olunublar.
Lahiyənin son günündə tələbələr 2-ci yer qazanaraq qalib olublar.

Mətbuat və informasiya şöbəsi, 06 dekabr 2016-cı il.


 

 

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026