BDU-nun Sosial elmlər və psixologiya fakültəsi beynəlxalq əməkdaşlığı genişləndirir

17/04/2025

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 23 əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.

Görüş zamanı hər iki universitetin müvafiq kafedralarında çalışan professor-müəllim heyəti arasında gələcəkdə birgə tədqiqatların aparılması, qrant layihələrinin işlənib hazırlanması, birgə elmi məqalələrin nəşr etdirilməsi, konfranslarda iştirak və s. istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüşdə magistratura səviyyəsində ikili diplom proqramının təşkili də müzakirə edilib.

Özbəkistanlı qonaqlar fakültədə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə ustad dərsləri keçiblər.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək
28/09/2026

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər
28/09/2026