BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə tələbə qəbulu aparılır

09/08/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 8 kafedra (Psixologiya, Sosial və pedaqoji psixologiya, Gender və tətbiqi psixologiya, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Fəlsəfə, Pedaqogika və Sosial iş kafedraları) , 2 elmi-tədqiqat laboratoriyası və “İNKİŞAF” respublika elmi-praktik mərkəzi fəaliyyət göstərir.
Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.
“Psixologiya” ixtisası üzrə məzunlar praktik psixoloq kimi həm orta məktəblərdə, həm də müxtəlif psixoloji mərkəzlərdə, eləcə də ekstremal şəraitlər zamanı psixoloji xidmətin göstərilməsi zərurəti yaranan xüsusi qurumların struktur bölmələrində işləyə bilərlər.
“Sosiologiya” ixtisası üzrə məzunlar ictimai rəyin öyrənilməsi, sosioloji tədqiqatların aparılması, müvafiq sosial proqnozların hazırlanması, sosial informasiyaların təhlili və s. istiqamətlərdə müxtəlif mərkəz və qurumlarda çalışa bilərlər.
“Fəlsəfə” ixtisası üzrə məzunlar müvafiq tədqiqat müəssisələrində, özəl və dövlət qurumlarında işləyə bilərlər.
“Sosial iş” ixtisası üzrə məzunlar əhalinin aztəminatlı təbəqələrinin sosial problemlərinin müəyyən edilməsi və onlara müvafiq köməyin göstərilməsi, eləcə də risk qrupuna daxil olan insanlarla lazımi sosial işin aparılması istiqamətində işləyə bilərlər.
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə məzunlar təhsilin müxtəlif səviyyələrində psixoloji xidmətin həyata keçirilməsi istiqamətində müxtəlif təhsil müəssisələrində işlə təmin oluna bilərlər.
“Korreksiyaedici təlim” ixtisası üzrə məzunlar inklüziv təhsil sahəsində fəaliyyət göstərməklə inkuliziyalı şəxslərdə müxtəlif qüsurların aradan qaldırılması, yeni bacarıq və vərdişlərin formalaşdırılması, eləcə də onların cəmiyyətə adaptasiyasının təmin edilməsində olduqca faydalıdırlar. Onlar xüsusi məktəblərdə, müəssisələrdə işlə təmin oluna bilərlər.
Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi “Data Science” təliminə qeydiyyat elan edir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi “Data Science” təliminə qeydiyyat elan edir
23/10/2024

BDU-da HUJİ ilə beynəlxalq ikili diplom proqramı çərçivəsində “Sinergetik proqram” təqdim olunub

BDU-da HUJİ ilə beynəlxalq ikili diplom proqramı çərçivəsində “Sinergetik proqram” təqdim olunub
23/10/2024

BDU-nun Astrofizika kafedrası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb

BDU-nun Astrofizika kafedrası 2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb
23/10/2024