BDU-nun Sosial elmlər və psixologiya fakültəsində şəhid ailələri ilə görüş

13/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşəbbüsü ilə fakültənin şəhid məzunları Ataməli Musaoğlu və Cavid Manafovun ailələri ilə görüş keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova Universitetdə şəhidlərin xatirəsinin uca tutulması, onların ailələrinə diqqət göstərilməsi istiqamətində görülən işlərdən danışıb. Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva şəhid Ataməli Musaoğlu və Cavid Manafovun valideynlərinə mərd, cəsur oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib, bütün Azərbaycan xalqının onlarla fəxr etdiyini qeyd edib. Hər iki şəhid məzunun şanlı döyüş yoluna həsr edilmiş videoçarx nümayiş olunduqdan sonra onlara dərs demiş müəllimlərin - Yamən Vəliyeva, İmdad Bayramov, Kamilə Kazımova, İranə Məmmədli və Vüsalə Cəfərovanın xatirələri dinlənilib.

Sonda Ataməli Musaoğlunun anası Leyla Musayeva və Cavid Manafovun anası Natavan Manafova övladlarının ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdikləri şücaətdən bəhs edib, gəncləri onların həyat yolundan nümunə götürməyə səsləyiblər.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026