BDU-nun İsrailin Holon Texnologiya İnstitutu ilə ikili diplom proqramı davam edir

10/11/2022

Bakı Dövlət Universitetinin (BDU) İsrailin Holon Texnologiya İnstitutu ilə ikili diplom proqramı uğurla davam edir.

Holon Texnologiya İnstitutu ilə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Kompüter elmləri ixtisası üzrə bakalavr pilləsində ikili diplom proqramının icrasına 2020-2021-ci tədris ilinin yaz semestrindən başlanılıb.

2021/2022-ci tədris ilində daha 5 tələbənin proqrama cəlb edilməsi ilə sözügedən ikili diplom proqramında təhsil alan tələbələrin sayı 10-a çatdırılıb. Proqrama əsasən, tələbələr 5 semestr BDU-da, 3 semestr isə Holon Texnologiya İnstitutunda təhsil alırlar. Proqramda tədris ingilis dilində aparılır və tələbələrə 3 semestr ərzində 9 fənn Holon Texnologiya İnstitutunun müəllimləri tərəfindən tədris olunur. Bu ilin oktyabr ayında proqramda təhsil alan tələbələrdən 5-i məzun olub, digər 5 tələbə isə təhsillərini davam etdirmək üçün İsrailə yola düşüb.

Proqramın əsas məqsədi kompüter elmləri sahəsində effektiv alqoritmlərin qurulması və təhlilinin müasir metodlarını, texnologiyalarını real sənaye məsələlərinin həllində tətbiq etmək bacarığına malik mütəxəssislər hazırlamaqdır.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026