BDU-nun startap layihələri uğur qazanıb

06/06/2018

İyunun 5-də Heydər Əliyev Mərkəzində “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə layihəsi olan “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə” və həmin layihənin icrası ilə bağlı ÜƏMT və Təhsil Nazirliyi arasında imzalanmış Birgə Bəyannamənin icrası çərçivəsində təşkil olunub.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçilərinin qatıldığı tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da iştirak edib.

Konfrans çərçivəsində ali təhsil müəssisələrində yaradılmış startapların və onların nailiyyətlərini əks etdirən sərgi olub. Sərgiyə Bakı Dövlət Universiteti tərəfindən 5 startap layihələri təqdim olunub. BDU Elmi-Tədqiqat Hissəsi tərəfindən təşkil olunmuş ekspozisiyada Ekologiya və torpaqşünaslıq fakültəsi “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-dən k.ü.f.d. F.V.Bəhmənova “Yeni sorbentlərlə tərkibində radioaktiv ionlar saxlayan lay sulardan uran və toriumun effektiv ayrılma metodunun işlənməsi” (rəhbər-prof.S.R.Hacıyeva), Kitabxanaçılıq-informasiya fakültəsindən dos.N.N.İsmayılova “Kitabxanaşünaslıq” kafedrası “Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi”, Tətbiqi-riyaziyyat və kibernetika fakültəsindən tələbələr - Anar Əliyev, Murad Məmmədov və Turxan Bədəlov “Jinnie”, “Variance” və “Wand” adlı  layihələri (rəhbər-F.Qurbanov) təqdim ediblər. Sərgidə BDU tərəfindən təqdim edilən adıçəkilən layihələr uğur qazanıb.

Mətbuat və informasiya şöbəsi, 06 iyun 2018-ci il

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024