BDU-nun Tarix fakültəsində şəhidlərin xatirəsi anılıb: “Qəlbimizdə yaşayanlar”

23/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Qəlbimizdə yaşayanlar” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin sonsuz qürur hissləri doğurduğunu bildirib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müqəddəs ata vəsiyyətini yerinə yetirdiyini, şanlı Zəfərin qazanılmasında xalq-iqtidar birliyinin əvəzsiz rol oynadığını vurğulayıb. İbrahim Zeynalov diqqətə çatdırıb ki, BDU-nun 22 məzunu şəhidlik zirvəsinə ucalıb, onlardan üçü Tarix fakültəsinin yetirməsidir: “Şəhid məzunlarımızla hər zaman fəxr edəcəyik. Onların istər tələbəlik dövrü, istərsə də döyüş yolu gənclərimiz üçün örnəkdir".

Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Aytən Abbasova-Quliyeva, Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi Günel Əliyeva-Məmmədova və Azərbaycan maddi-mədəniyyət tarixi elmi-tədqiqat laboratoriyasının əməkdaşı Anar Cəfərov fakültənin şəhid məzunları Elşən Salayev, Hüseyn Quliyev və Yüksəl Əlizadə haqqında məlumat verib, onlarla bağlı xatirələrini bölüşüblər.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU QS reytinqində 565-ci yerə yüksəldi

BDU QS reytinqində 565-ci yerə yüksəldi
18/06/2026

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə anlaşma memorandumu imzalayıb
18/06/2026

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026