BDU-nun Tarix fakültəsində növbəti elmi seminar

29/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Sosialist sisteminin dagılması və Slavyan dünyası” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova karantin döründə keçirilən elmi seminarların əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirib.

Seminarda Slavyan ölkələri tarixi kafedrasının professoru Fazil Baxşəliyev “Sosialist sisteminin dagılması və Slavyan dünyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Avropada yerləşən sosialist ölkələrinin dərin böhran, “yenidənqurma”, “aşkarlıq” siyasəti, SSRİ-nin dağılması, keçmiş sosialist ölkələrinin SSRİ-nin təzyiqindən çıxaraq müstəqil siyasət yeritməyə başlaması, qısa müddət ərzində əksər slavyan ölkələrinin NATO, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlara üzv olması,  müasir sosial-siyasi proseslər, iqtisadi vəziyyət və Azərbaycan Respublikası ilə əlaqələrindən bəhs olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026