BDU-nun Tarix fakültəsində tədbir: “Anım və Qürur”

26/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən İstiqlal klubu, Tələbə Gənclər Təşkilatı və Tələbə Elim Cəmiyyətinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım gününə həsr olunmuş “Anım və Qürur” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov çıxış edərək bildirib ki, bu gün möhtəşəm tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsinin başlanmasından 5 il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başladı. Azərbaycan hərbçilərinin misilsiz döyüş qabiliyyətini, Ordumuzun qüdrətini yüksək səviyyədə təcəssüm etdirən, xalqımızın dəmir yumruq kimi birləşdiyi 44 günlük müharibə ərazilərimizin düşməndən azad edilməsi ilə nəticələndi. 2023-cü ilin sentyabr ayındakı 24 saat belə çəkməyən antiterror əməliyyatı tarixi qələbənin məntiqi sonluğu, dövlət suverenliyin tam bərpası ilə nəticələndi. Bütün bunlar Azərbaycan xalqının mübarizə əzmini, həmrəyliyinin və qəhrəman ruhunun nəticəsi idi.

BDU-nun Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Səidə Quliyeva bu il avqustun 8-də ABŞ-da sülh müqaviləsinin paraflanmasının və tarxi qələbədən sonra yeni dövrün başlanmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin nəticəsi olduğunu deyib. Qeyd edib ki, bugünkü Azərbaycan gəncliyi də Azərbaycan Prezidentinin uğurla davam etdirdiyi bu siyasəti əsas bayraqdarına çevrilməlidirlər.

Tarix fakültəsinin I kurs tələbəsi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Polkovnik-leytenantı Anar Əliyevin qızı Nigar Əliyevaya atası ilə bağlı xatirələrini bölüşüb, dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb.

Tədbir tələbələrin hazırladığı bədii hissə və Vətən müharibəsindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2025

BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb

BDU-nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb
10/10/2025

BDU Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universiteti ilə anlaşma memorandumu imzalayıb
10/10/2025