BDU-nun Tarix fakültəsində təhsil almaq istəyənlərin diqqətinə!

11/08/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 10 kafedra və 2 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Fakültədə Arxeologiya və etnoqrafiya, Asiya və Afrika ölkələri tarixi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Mənbəşünaslıq, tarixşünaslıq və metodika, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi və Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.

BDU-nun Tarix fakültəsində 5 ixtisas üzrə - “Tarix”, “Tarix müəllimliyi”, “Regionşünaslıq (Qafqaz üzrə)”, “Regionşünaslıq (Amerika üzrə)”, “Regionşünaslıq (Afrika üzrə)” mütəxəssis hazırlığı həyata keçirilir.

“Tarix” ixtisası üzrə yetişdirilən məzunlar əldə etdikləri bilik və bacarıqlara əsasən müxtəlif dövlət orqanlarında, dövlət və özəl təşkilatlarda çalışa bilərlər.

“Tarix müəllimliyi” üzrə təhsil alan tələbələr ali və orta təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

“Regionşünaslıq” ixtisasları üzrə məzun olan tələbələr səfirlik, beynəlxalq təşkilatlarda diplomat kimi fəaliyyət göstərə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

 

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026