BDU-nun Tarix fakültəsində təhsil almaq istəyənlərin diqqətinə!

17/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 10 kafedra və 3 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Fakültədə Arxeologiya və etnoqrafiya, Asiya və afrika ölkələri tarixi, Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Mənbəşünaslig, tarixşünasliq və metodikası, Avropa və amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi və Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.

BDU-nun Tarix fakültəsində 4 ixtisas üzrə - Tarix, Tarix müəllimliyi, Regionşünaslıq (Qafqaz üzrə), Regionşünaslıq (Amerika üzrə) mütəxəssis hazırlığı həyata keçirilir.

Tarix ixtisası üzrə yetişdirilən məzunlar əldə etdikləri bilik və bacarıqlara əsasən müxtəlif dövlət orqanlarında, dövlət və özəl təşkilatlarda çalışa bilərlər.

Tarix müəllimliyi üzrə təhsil alan tələbələr ali və orta təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Regionşünaslıq ixtisasları üzrə məzun olan tələbələr səfirlik, beynəlxalq təşkilatlarda diplomat kimi fəaliyyət göstərə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026