BDU-nun Tarix fakültəsində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

12/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb, sonra isə Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətə çevrilib, yeni iqtisadi uğurlara imza atıb.

İbrahim Zeynalov Ümummilli liderin BDU-nun ən böyük məzunu olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu öndərin Universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir.

Daha sonra Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov çıxışlarında diqqətə çatdırıblar ki, Ümummilli lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafına çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib. Onun Azərbaycanın inkişafı və tərəqqisi ilə bağlı ideyaları, fikirləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fakültənin II kurs tələbəsi Lalə Bağırova isə qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində xüsusi irs yaradıb. Azərbaycan gəncləri bu dahi şəxsiyyətin həyat və fəaliyyətini dərindən öyrənməli, onun amallarının həyata keçirilməsi uğrunda çalışmalıdırlar.

Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024