BDU-nun Tarix fakültəsində "Xocalı-tarixdə ən dəhşətli soyqırım aktı" adlı tədbir

22/02/2022

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə "Xocalı-tarixdə ən dəhşətli soyqırım aktı" adlı tədbir keçirilib.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti barədə məlumat verib. Qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən genosid aktı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Türk xalqları tarixi kafedrasının dissertantı Vasif Nəbiyev Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində görülən işlər barədə danışıb. O bildirib ki, Xocalı soyqırımından 30 il ötməsinə baxmayaraq, hələ də bu dəhşətli terror aktına biganə qalan dövlətlər mövcuddur. O, Xocalı faciəsinin qurbanlarının qisasının 44 günlük Vətən müharibəsi zamanı ordumuz tərəfindən layiqincə alındığını vurğulayıb.

Tarix fakültəsinin II kurs tələbəsi Əfsanə Vəliyeva isə Xocalı faciəsinin şahidlərinin dilindən yazılmış hekayəni təqdim edib.

Sonda isə tələbələr tərəfindən hazırlanmış videoçarx və slayd izlənilib.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026