BDU-nun tarixi muzeyinin yenidənqurulmadan sonra açılış mərasimi

27/04/2026

Bakı Dövlət Universitetinin (BDU) tarixi muzeyinin yenidənqurulmadan sonra açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən rektor Elçin Babayev qeyd edib ki, Universitetlə yaşıd sayılan Muzey ilk dəfə 2010-cu ildə tam yenilənib və BDU-nun şərəfli tarixini özündə əks etdirən vahid mərkəz kimi fəaliyyətə başlayıb: “Bu məkanın yenidən qurulması BDU-nun son illər əldə etdiyi uğurları, Universitetdəki yenilikləri ehtiva edən dəyişiklikləri əlavə etmək məqsədi daşıyırdı. Muzeyin istər tələbələrimizin, istərsə də Universitetə gələn yerli və xarici qonaqların Azərbaycanın ilk ali təhsil müəssisəsi haqqında yetərli, geniş informasiyaya sahib olacağı unikal məkana çevrilməsi istiqamətində işlərimiz davam etdiriləcək”.

Daha sonra mərasim iştirakçıları Muzeyin yenilənən bölmələri və eksponatları ilə tanış olublar.

Bakı Dövlət Universiteti və onun fakültələrinin tarixinin hərtərəfli əks etdirilməsi üçün üç ekspozisiyaya bölünən muzeydə Azərbaycan Xalq Cumhuriyyəti, sovet hakimiyyəti və müstəqillik illərinə dair məlumat və eksponatlar, tədris prosesində istifadə olunan avadanlıq və cihazlar ziyarətçilərə təqdim olunur. Muzeydə Universiteti ziyarət edən dünyanın müxtəlif ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin hədiyyələri, bu tədbirlərə aid tarixi foto-kompozisiyalar mövcuddur. Məkanda nümayiş etdirilən unikal eksponatlardan biri də Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verilmiş Universitetin Fəxri doktoru diplomlarıdır. Burada Universitetin Fəxri doktoru adına layiq görülmüş müxtəlif ictimai-siyasi, elm xadimlərinin fotoşəkilləri, onlara verilən diplom nümunələri də nümayiş olunur. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin BDU haqqında kəlamlarının əks olunduğu guşə, BDU-nun 100 illiyinə həsr edilmiş kitablar, poçt markası, ölkədə və beynəlxalq təşkilatlarda keçirilmiş silsilə yubiley tədbirlərini əks etdirən fotoşəkillər muzeydə xüsusi yer tutur. Son illər BDU-nun beynəlxalq reytinq agentliklərində əldə etdiyi yüksək nəticələri əks etdirən sənədlərin nüsxələri də “Universitetin tarixi” bölməsində sərgilənir. Muzeyin maraqlı eksponatlarından biri də BDU-nun tədris korpuslarının 1960-cı illərdə hazırlanmış layihəsidir. Məhz bu layihə əsasında 1965-ci ildə Universitetin Yasamal rayonu ərazisində ilk tədris korpusu tikilib.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026