BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində ustad dərsləri

31/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin 27 mart – Azərbaycan Respublikasında "Elm günü" münasibətilə təşkil etdiyi ustad dərsləri davam edir. Bu dərslərə mərkəzin əməkdaşları ilə yanaşı, xaricdə yaşayan alimlərimiz də dəvət edilir.
Mərkəzdə keçirilən birinci ustad dərsində Türkiyənin Kars Kafkas Universitetinin professoru Hacali Nəcəfoğlu “Arilkarboksilat komplekslərinin sintezi, xassələri və tətbiqləri” mövzusunda çıxış edib.
Məruzədə keçid metal kompleksləri və onların müxtəlif yollarla alınma üsulları haqqında məlumat verilib.
Qeyd edilib ki, Hacali Nəcəfoğlunun fəaliyyət göstərdiyi laboratoriyada fiziki yorğunluğu aradan qaldırmaq üçün narkotiklərlə zəhərlənmədə, müxtəlif ürək xəstəliklərinin müalicəsində, əsəb sistemini oyadan, tənəffüsü və qan dövranını gücləndirən vasitə kimi istifadə edilən kofein vasitəsilə metal arilkarboksilatların nikotinamid kompleksləri sintez edilib.
Bu tip birləşmələrin sintezi zamanı istifadə edilən metodlar, tədqiq edilən xassələr və alınan nəticələr diqqətə çatdırılıb. Həmçinin işlərin nəticələrinin dünyanın reytinqli  jurnallarında nəşr edildiyi də qeyd edilib.
Mərkəzdə ikinci ustad dərsi isə Türkiyənin Bilkənt Universitetinin professoru, Azərbaycanın Əməkdar elm xadimi Əmirullah Məmmədov tərəfindən təqdim edilib.
Çıxış “Metamateriallar: nəzəriyyə və optoelektronikadakı tədbiqləri” haqqında olub.
Qeyd edək ki, mövzu hərbi sənayenin inkişafı üçün əhəmiyyətli istiqamətlərdən biridir. Çıxış zamanı ilk növbədə metamaterialların adi materiallardan fərqi və nəzəriyyəsi haqqında məlumat verilib. Həmçinin  fononik kristallar, seysmik materialllar, hərbi əhəmiyyətli passiv müdafiə sistemləri olan lazer xəbərdarlıq sistemləri, Avionik və Hədəf Axtarış Sistemləri və İşığı Təqib Sistemlərindən söz açılıb. Bu tipli sistemlərin tətbiqi və əhəmiyyəti haqqında məlumat verilib.
Məruzələrin sonunda dinləyicilərin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir
05/01/2026

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026