BDU-nun  tədqiqatçıları “Texnologiyaların transferi” proqramının qalibidir

21/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təqdim etdiyi layihə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşəbbüsü, Təhsilin İnkişafı Fondu və SABAH.HUB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Texnologiyaların transferi” proqramının qalibi olub.

Sözügedən layihə proqrama təqdim edilən 76 layihə arasından uğur qazanan 5 layihədən biridir. Layihə fiber optik rabitə texnologiyalarında istifadə üçün yüksək tezlikli fotodetektorların hazırlanmasına yönəlib. Layihənin müəllifləri Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Əli Hüseynov, həmin kafedranın müəllimi Fidan Əhmədova və doktorantı Lamiyə Balayevadır.

Layihənin əsas məqsədi müasir fiber optik rabitəli informasiya texnologiyalarında istifadə olunan ifrat yüksək tezlikli, sadə quruluşlu və yüksək effektivlikli fotodetektorların hazırlanmasından ibarətdir.

Bu tədqiqatın nəticələri yalnız elmi yenilik deyil, həm də praktiki tətbiq və patentləşdirmə potensialı baxımından böyük əhəmiyyət daşıyır. Layihə müddətində yeni yarımkeçirici materiallar əsasında hazırlanmış fotorezistorların kommersiyalaşdırılması və müasir optoelektronika sahəsində geniş tətbiqi planlaşdırılır.

 

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026