BDU-nun TGT üzvləri akademik Yusif Məmmədəliyevin Memorial Muzeyində

22/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının Kimya fakültəsi üzrə üzvləri akademik Yusif Məmmədəliyevin Memorial Muzeyini ziyarət ediblər.

Muzeyin direktoru Reyhan Əliyeva bildirib ki, Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən muzeydə görkəmli kimyaçı alimin həyatını, elmi fəaliyyətini əks etdirən fotosənədlər, diplomlar, müxtəlif rəsmi sənədlər, elmi kəşflərinə dair sxemlər nümayiş etdirilir. İki bölmədən ibarət olan muzeyin birinci bölməsində akademikin yazı masası, kitab şkafı, çoxsaylı fotolar yer alır. Müasir texnologiyalara əsaslanan yeni dizaynda alimin həyatı, elmi yaradıcılığı və fəaliyyəti haqqında hazırlanmış videomateriallar xüsusi telelövhələrdə ziyarətçilərə təqdim olunur. Akademikin şəxsi fotoaparatı ilə çəkilmiş şəkillərdən hazırlanmış elektron fotoalbom ayrı bir stenddə nümayiş olunur.

Sonra tələbələrin akademikin həyatı ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026