BDU-nun THİK sədri ATİAHİ Respublika Komitəsinin sədri ilə görüşdə iştirak edib

30/08/2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Həmkarlar İttifaqı komitələrinin (THİK) sədrləri ilə görüşüb.

Bakı Dövlət Universitetinin (BDU) THİK sədri Zöhrab Cavadzadə də görüşdə iştirak edib.

Görüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev bu ilin sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq prosesindən söz açıb. Bildirib ki, gənclər siyasəti istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq.

BDU-nun THİK sədri Zöhrab Cavadzadə görüşdə Universitetdə tələbələr arasında aparılan işdən, komitənin əsas fəaliyyət istiqamətlərinə uyğun təşkil edilən layihələrdən söz açıb.

Görüş diskussiya formatında davam edib.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026